RU

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İnsanları digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri də zəngin dəfn mərasimləri və ölənlərin yasını tutmaqdır. İnsanlar yaxınlarını itirəndə bunu ağır keçirir və onları son mənzilə yola salmaq, həmçinin kədəri yüngülləşdirmək üçün müxtəlif rituallar yaradırlar.

Alimlər müəyyən ediblər ki, dəfn mərasimləri təxminən 100 min il əvvəl də mövcud olub. Arxeoloji tapıntılar göstərir ki, artıq daş dövründə ölənlər xüsusi hörmətlə dəfn olunurdu. Bu faktlar Homo nəslinin yüksək intellektini sübut edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 400 min ildən 40 min il əvvəl yaşamış neandertallar ölüləri əsasən mağaralarda və dağ dərələrində dəfn edirdilər.

Populyar filmlərdə göstərilən stereotiplərin əksinə olaraq, ibtidai insanlar mağaralarda daimi yaşamırdılar, onları əsasən mərasim və rituallar üçün istifadə edirdilər.

Neandertallar qadın və kişiləri, həmçinin müxtəlif yaşda insanları dəfn edirdilər. Bu fakt onların ölənlərə bərabər münasibət göstərdiyinə işarə edir. Alimlərin tapdığı skeletlər müxtəlif pozalarda olub. Qəbirdə heyvan sümükləri, maral buynuzları, tısbağa zirehləri qoyulur, baş altına isə daşdan hazırlanmış “yastıq” yerləşdirilirdi.

Bəzi ölülərin bədəninə qırmızı oxra sürtülür, bəziləri dəniz qabıqları və muncuqlarla bəzədilirdi. Ehtimal olunur ki, bu insanlar yüksək sosial statusa malik olublar. Bu adət bu gün də bir çox xalqlarda rast gəlinən, mərhumun şəxsi əşyalarının tabuta qoyulması ənənəsini xatırladır.

Neandertallar dəfn edilən mağaraları müxtəlif simvollarla nişanlayırdılar ki, bu da rəqib tayfalar üçün bir xəbərdarlıq idi. Alimlər bunu müasir başdaşlarının ilkin forması kimi qiymətləndirirlər

Tədqiqatçılar qədim dəfn adətlərini öyrənməkdə davam edirlər. İndiyə qədər çox az sayda qalıq tapılsa da, mövcud tapıntılar neandertalların ölənləri yad etmək üçün mürəkkəb bir sistem yaratdıqlarını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
lent.az

3Источники