RU

"Tiqran hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram"...

...Yaxşı olduğumu yazmağa şad olardım, amma heç vaxt yalan danışmamağa çalışıram. Tiqran hələ də komadadır, mən xərçəng müalicəsi alıram. Bunun nə xeyri var? Tezliklə məni parikdə görəcəksiniz. Hansının bizə daha uyğun olduğunu birlikdə seçəcəyik.

SİA-nın məlumatına görə, RT təbliğat kanalının baş redaktoru Marqarita Simonyansosial şəbəkədə yazıb bunu.

Bundan əvvəl Marqarita ona "dəhşətli, ciddi" xəstəlik diaqnozu qoyulduğunu açıqlamışdı. O, əməliyyat olunmaq üzrə olduğunu, sol döşünə işarə edərək, mastektomiyadan bəhs etdiyini bildirib.

Sentyabrın 9-na keçən gecə Simonyan əməliyyat olunduğunu açıqlayıb.

...Xatırladaq ki, Keosayan və Simonyan dəfələrlə Kiyevi Ukraynadan ələ keçirməklə hədələyiblər.

...Biz iki günə Ukraynanı qaynar müharibədə məğlub edəcəyik. Onu orada məğlub etmək nəyə lazımdır, Tanrım? Bunu Marqarita Simonyan deyib.

...Hər kəsə, ukraynalı yoldaşlara və düşmənlərə salamlarımı göndərirəm. Gec-tez mütləq Kiyevdə olacağıq. Çox güman ki, əslində, tez, mən sizi incitmək istəmirəm.

Bunu isə Marqaritanın əritəbliğatçı Keosayan deyib. ...Vaqneritlər bu məsələni çox yaxşı həll ediblər. Əgər kimsə bizim qoşunlara atəş açıb yaxalansa, onların başına bədbəxt və ictimai bir hadisə gəlir. Deyəcəksiniz ki, bu, qəddarlıqdır... Bəli. Müharibə, sizə deməliyəm, qəddar və qeyri-insani bir şeydir.

Elə Bunu da Keosayan bəyan edib, yox, etmişdi...

Əli Babayev

Избранный
23
sia.az

1Источники