RU

“SeaBreeze” layihəsinin yalnız 10 faizini icra etmişik

Ajans.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda keçirilən 1-ci AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib. O bildirib ki, daha 3 milyon kvadrat metr hazırda tikilməkdədir: “Eyni zamanda müxtəlif ölçülü və dizaynda, fərqli məqsəd üçün nəzərdə tutulmuş süni adalarda rekreasiya əraziləri üzərində işləməyə başlamışıq. “Dreamliner” layihəsi Dubayın “Burj Al Arab” hotelindən ilham alıb. Mən bunu “Instagram anı” adlandırıram; gələcəkdə burada “selfi” çəkdiyimiz zaman harada olduğumuzu izah etməyə ehtiyac qalmayacaq. “Nikki Beach” artıq iki mövsüm fəaliyyət göstərir. Növbəti böyük klaster isə gələn il mayın 1-dək tamamlanacaq, yəni təxminən 7-8 ay ərzində. Bu mərhələdə əlavə 5 min sakin mənzillərinin açarlarını alacaq. “Sea Breeze Marina” artıq tam fəaliyyət göstərir. Bu böyük mühəndislik strukturu bəzi qayıqlar üçün nəzərdə tutulub. Biz bir böyük marina əvəzinə 22 kilometr sahil boyunca beş marina inşa etməyə qərar verdik”. O əıavə edib ki, “Half Moon” adası artıq inşa mərhələsindədir: “Tikintiyə bu il başlamışıq və bu il də tamamlayacağıq. Artıq ilk otellər və kazino üçün təməl işlərinə başlamışıq. Half Moon” adasındakı 50 hektar sahə 1 milyon kvadrat metr müxtəlif tikinti layihələrinin həyata keçirilməsinə imkan verəcək. Bunun 350,000 kvadrat metri otellər və ticarət zonalarına, 650,000 kvadrat metri isə yaşayış sahələrinə ayrılacaq. Yay mövsümündə burada 35-dən çox restoran fəaliyyət göstərir, həmçinin 60-dan çox iaşə məntəqəsi və kafe mövcuddur, və bu say hər il tədricən artır. Sahil boyunca böyük bir promenadaya sahibik; gündüzlər idman və istirahət, gecələr isə restoranlar və klublar fəaliyyət göstərir.

Birinci mərhələ 550 hektardır. Layihənin ümumi uzunluğu 22 kilometrdir və 1,500 hektar sahə üzərində 30 milyon kvadrat metr tikinti həyata keçirmək planlaşdırılır ki, bu da 500,000 potensial sakini qarşılaya biləcək. Bu, gələcəyin vizionudur”.

Избранный
11
2
Ajans.az

3Источники