RU

Florian Virtsdən uğursuz start

Yay transfer pəncərəsində “Liverpul”un rekord məbləğ qarşılığında "Bayer Leverkusen"dən heyətinə qatdığı Florian Virts hələ ki, gözləntiləri doğrulda bilmir.

Fanat.Az xəbər verir ki, almaniyalı futbolçu nə Premyer Liqada, nə də Çempionlar Liqasında komandasına qol və ya asistlə töhfə verə bilməyib.

Virtsin məhsuldar olmadığı oyunlar:

  • “Bornmut”
  • “Nyukasl”
  • “Arsenal”
  • “Bernli”
  • “Atletiko Madrid”
  • “Everton”

Gənc ulduzun çıxışı İngiltərə mətbuatında da müzakirə olunur. Ekspertlər futbolçunun potensialına güvəndiklərini, lakin uyğunlaşma dövrünü qısaltmasının vacibliyini vurğulayırlar.

Kamil Xudiyev

Избранный
22
1
fanat.az

2Источники