RU

Ukrayna Moskvaya PUA-larla hucum edib –10 partlayış eşidilb, hava məkanı tap bağlandı

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.

Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.

Moskvanın səması tamamilə bağlanıb. Moskva hava limanlarında uçuşlar artıq kütləvi şəkildə təxirə salınır. Flightradar-ın məlumatına görə, Moskvaya uçan təyyarələr geri qayıdır.

Yerli sakinlər Rusiya paytaxtının müxtəlif yerlərində ən azı 10 partlayış səsi eşidiblər.

 

AzPost.az

Избранный
28
10
azpost.info

10Источники