RU

Bu ölkə yalan deyir, heç bir sübutu yoxdur - Rusiya

Estoniya Rusiyanın onun hava məkanını pozduğuna dair sübutlara malik deyil.

Axar.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"İndi qonşularımıza elə gəlir ki, guya Rusiya üzündən Estoniyanın hava məkanı pozulub. Hər zamankı kimi sübut yoxdur, yalnız Tallindən gələn rusofob isterikası var, hansı ki, bu gün bizə estoniyalı həmkarlarımız tərəfindən bütün çalarları ilə təqdim ediləcək. Halbuki faktlar göstərir ki, sentyabrın 19-da üç rus MiQ-31 qırıcısı Kareliyadan Kalininqrad vilayətində yerləşən aerodroma planlı uçuş həyata keçirib və bu uçuş beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə icra olunub", – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, daha öncə Estoniya tərəfi Rusiyaya məxsus MiQ-31 qırıcılarının ölkənin hava məkanını pozduğunu bəyan edib.

Избранный
4
1
axar.az

2Источники