Qadın təsadüfi oyunla uğur qazanıb, pulu isə xeyriyyəyə yönəldəcək...
Virciniya ştatında yaşayan Kerri Edvards sentyabr ayında lotereyada oynamaq qərarına gəlib və rəqəmləri seçmək üçün ChatGPT-yə müraciət edib. Nəticədə o, əvvəlcə 50 min dollar qazanıb, lakin Power Play seçimi uduşu üçqat artıraraq 150 min dollara çatdırıb.
Poliqon xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.
Edvards əvvəlcə qalib gəldiyinə inanmayıb: “Mən öz-özümə dedim: yox, bu, mümkün deyil, mən udmamışam” – deyə o, jurnalistlərə bildirib. Ancaq yoxlama nəticəsində məlum olub ki, həqiqətən də taleyi ona gülümsəyib.
Kerri Edvards artıq puldan necə istifadə edəcəyini də açıqlayıb. O, bütün məbləği xeyriyyə məqsədlərinə yönəldəcəyini bildirib: “Mən özümü çox bəxtiyar hiss edirəm və istəyirəm ki, bu, başqalarına da nümunə olsun. İnsanlara uğur düşəndə, onlar ehtiyacı olanlara yardım etməlidirlər” – deyə o, vurğulayıb.
Onun sözlərinə görə, bu, gözlənilməz xoşbəxtlik olub və o, həmin fürsəti başqalarının həyatına müsbət təsir göstərmək üçün dəyərləndirmək istəyir.
Poliqon.info