RU

Suriyada Xalq Məclisi seçkiləri 5 oktyabrda keçiriləcək

BAKI, AzerVoice, Nailə Babazadə

Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib.

AzerVoice xəbər verir ki, Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.

Suriya Prezidenti Əhməd əş-Şəraa tərəfindən 2 iyun tarixində imzalanan 66 saylı fərmanla Məhəmməd Taha əl-Əhmədin rəhbərliyi ilə 11 nəfərdən ibarət Yüksək Seçki Komissiyası yaradılıb.

Suriyada vətəndaş müharibəsinin yaratdığı dağıntılar, şəxsiyyət vəsiqələrinin olmaması, ünvanların itməsi və əhalinin yarıdan çoxunun ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşməsi səbəbilə Xalq Məclisinə seçkilər birbaşa xalq səsverməsi ilə deyil, təmsilçiliyə əsaslanan seçici heyətləri vasitəsilə keçirilir.

Избранный
55
turkic.world

1Источники