RU

Millət vəkili AFFA rəhbərliyinə “Qarabağ”la bağlı təklif verdi

“Bunun adı qəhrəmanlıqdır. Sənə hər şey halaldır”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

Təcrübəli siyasət adamı “Qarabağ”ın Portuqaliyadakı zəfərinə biganə qalmayıb.

Qatı futbol azarkeşi kimi tanınan Fazil bəy Lissabondakı unudulmaz gecə ilə bağlı fikirlərini qələmə alarkən, “Fənərbağça”nın “Benfika”ya yenilgisini yada salıb, fürsət düşmüşkən AFFA rəhbərliyinə təklif irəli sürüb:

“Lissabon zəfəri!

0:2-dən oyunu çevirəsən, həm də dünyanın ən çətin komandalarından birinə qarşı. Komandamıza və Qurbana min təşəkkür.

Hələ də anlaya bilmirəm ki, bu cür komandası olan bir ölkədə adamlar hansı məntiqlə fənərli, qalatasaraylı, beşiktaşlı deyib mübahisə edirlər? “Fənərbağça” bu komandanın qapısına yaxın düşə bilmədi. 0:2-dən dan sonra “Beşiktaş” da, “Qalatasaray” da “tökülərdi”, tarmar olardı. İnanılmazı bacarmaq, demək ki, mümkündür.

AFFA-nın irəlidə başqa Santuşlara verəcəyi qara deşiyə gedən pulları yığıb bu kluba vermək lazımdır ki, 1-2 güclü futbolçu da alsın və irəlidə heyət sıxıntısı yaşamasın. Ən böyük Qarabağ!”

Sentyabrın 16-da “Estadio da Luj”da baş tutan oyunda “Qarabağ” meydan sahibi “Benfika”nı məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
33
sportinfo.az

1Источники