RU

PSJ prezidenti “Qızıl top” mərasimində iştirak edəcək

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi bu gün Parisin “Şatle” teatrında keçiriləcək “Qızıl top” mükafatının təqdimat mərasiminə qatılacaq.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbəri Fransada Liqa 1-in 5-ci turunda “Marsel”lə səfər oyununu izləmək əvəzinə tədbirə yollanıb.

Əl-Xəlaifi sonuncu dəfə 2021-ci ildə “France Football”un mərasimində iştirak etmişdi. Həmin vaxt PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”u qazanmışdı.

Qeyd edək ki, bu il PSJ-dən bir sıra futbolçular mükafata namizəddir: Dezire Due, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya, Nunu Mendiş, Joau Neveş, Fabian Ruis, Vitinya və Usman Dembelenin adı siyahıya salınıb. Fransalı hücumçu Dembele əsas favoritlərdən hesab olunur.

Избранный
16
90deqiqe.az

1Источники