Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misir fironu Amenemopetə (e.ə. 993–984) məxsus qızıl bilərzik Qahirə Muzeyindən oğurlanıb.
Axşam.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Misir hüquq-mühafizə orqanlarından bildirilib ki, oğurluqda muzeydə işləyən bərpaçı əməkdaş şübhəli bilinir. O, qədim bilərziyi əvvəlcə tanış bir gümüş tacirinə təklif edib. Tacir isə onu 3735 dollara zərgərə satıb. Daha sonra bilərzik 4025 dollara bir qızıləritmə zavodu əməkdaşına ötürülüb. Təəssüf ki, o, bu nadir tarixi əşyanı əridərək məhv edib.
Hadisə ilə bağlı üç nəfər saxlanılıb, satışdan əldə olunan pullar isə dövlət tərəfindən müsadirə olunub.
Qeyd edək ki, bilərzik “Firounların Xəzinəsi” adlı sərgi üçün İtaliyaya göndərilməsi planlaşdırılan artefaktlar arasında olub. Sərgi sentyabrda Romada açılacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.