RU

Payız aylarında yorğunluğun səbəbləri açıqlandı

Qidalanma və bağırsaq sağlamlığı üzrə mütəxəssis Megan Rossi payız aylarında daimi yorğunluğun əsas səbəbini açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə Rossi fikirlərini HuffPost-a müsahibəsində bölüşüb.Onun sözlərinə görə, gün işığının azalması bu dövrdə enerjinin tükənməsində mühüm rol oynayır. 

Mütəxəssis bildirib ki, təbii işığın azalması serotonin və melatonin istehsalını zəiflədir ki, bu da insanlarda yorğunluq hissini gücləndirir. Bundan başqa, sirkadiyen ritmlərin pozulması bağırsaq mikrobiomuna təsir göstərir: faydalı iltihabəleyhinə mikrobların azalması, həzmin pisləşməsi və enerji çatışmazlığına səbəb olur.

Rossi əlavə edib ki, yuxusuzluq, hərəkətsizlik və həddindən artıq karbohidrat qəbulu da vəziyyəti ağırlaşdırır. Yorğunluqdan qurtulmaq üçün o, gündüz saatlarında daha çox açıq havada olmağı, qidalanmaya D vitamini və maqneziumla zəngin məhsullar daxil etməyi, həmçinin yuxunun keyfiyyətinə diqqət yetirməyi məsləhət görüb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
24
e-saglam.az

1Источники