RU

Dəhşət! Qadın yaşlı ukraynalıya görə avtobusda döyüldü - ANBAN VİDEO

Musavat.com xəbər verir ki, Polşanın paytaxtı Varşavada ictimai nəqliyyatda baş verən insident cəmiyyətdə hiddət doğurub.

Avtobusda yarıçılpaq vəziyyətdə olan aqressiv bir şəxs ukrayna ləhcəsi ilə danışan yaşlı qadını təhqir etməyə başlayıb. Onu “Banderist” adlandıraraq Polşanı tərk etməsini tələb edib. Avtobusdakı sərnişinlərin böyük əksəriyyəti isə hadisəyə müdaxilə etməyib.

Mübahisəyə dözməyən 50 yaşlı Zenobiya Jaçek həmin şəxsə etiraz edib və ona bütün polyakların adından danışmağa haqqı olmadığını bildirib. Aqressiv adam isə söyüşlərlə qadını təhqir edib və alnı ilə üzünə zərbə endirərək burnunu qırıb.

Zenobiyanın rəfiqəsi təcavüzkarı yaxın dayanacaqda avtobusdan çölə çıxarmağa nail olub. Yaralanan qadın polisə müraciət etməyib, lakin hadisəni telefonla çəkərək sosial şəbəkələrdə paylaşmaqla insanların biganəliyini göstərmək istəyib.

Baş verən insident Polşada cəmiyyətin yadellilərə və qaçqınlara münasibəti ilə bağlı geniş müzakirələrə səbəb olub.

 

Musavat.com

Избранный
13
musavat.com

1Источники