RU

PSJ 2025-ci ilin ən yaxşı klubu seçildi

PSJ 2025-ci ilin ən yaxşı klubu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu “Qızıl top”un mükafatlandırma mərasimində açıqlanıb.

Ötən mövsüm Luis Enrique rəhbərliyində Paris komandası Fransada çempionluq, Kubok və Superkuboku qazanıb. Bundan əlavə, PSJ Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək turniri fəth edib. Komanda həmçinin Klub Dünya Çempionatının finalına qədər irəliləyib, burada isə Londonun “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub.

Qadın futbolunda ilin ən yaxşı klubu isə Londonun “Arsenal” komandası seçilib. Komanda Çempionlar Liqasını qazanıb və İngiltərə çempionatında ikinci yeri tutub.

Xatırladaq ki, ötən il ən yaxşı klub Madridin “Real” komandası olub. Həmin mövsümdə “Real” İspaniya çempionu, Superkubok sahibi və Çempionlar Liqasının qalibi olub.

Избранный
94
2
90deqiqe.az

3Источники