RU

Bu ölkədə müharibəyə hazırlıq başladı: Ordu xalqla hərəkətə keçdi

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesuela ABŞ ilə gərginlik fonunda ordu və polis küçələrə çıxarılıb, həm paytaxt Karakasda, həm də əyalətlərdə mülki şəxslərə silahdan istifadə və müdafiə təlimləri keçirilir.

News24.az xəbər verir ki, müdafiə naziri Vladimir Padrino Lopez artıq 5336 kommunal ərazidə təlimlər aparıldığını bildirib. 

Qeyd olunub ki, məqsəd xalqla birlikdə vətəni müdafiə etmə doktrinasını möhkəmləndirməkdir.

Prezident Nikolas Maduro ABŞ-nin rejim dəyişikliyi planlaşdırdığını iddia edərək ölkədə 4,5 milyon milisin səfərbər olunduğunu vurğulayıb və hücuma məruz qalacaqları təqdirdə Venesuelanı müdafiə etməyə hazır oldğuqlarını deyib.

Prezident Donald Tramp Latın Amerikası narkotik kartellərinə qarşı əməliyyat çərçivəsində ordunun istifadəsini artırıb. Avqustun sonunda ABŞ-nin üç döyüş gəmisi (“USS Gravely”, “USS Jason Dunham”, “USS Sampson”) Venesuela sahillərinə göndərilib.

Müdafiə naziri Pit Heqset ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bəyan edib.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
news24.az

2Источники