RU

Tarixi sammitə bir neçə saat qalmış Şaaranın sözləri ABŞ-də GÜNDƏM OLDU

Suriya Prezidenti Əhməd əl-Şaara ABŞ-yə səfəri çərçivəsində jurnalistlərə və CBS telekanalına açıqlamalar verib.

News24.az-ın məlumatına görə, o, ölkəsində İŞİD-ə qarşı mübarizənin davam etdiyini bildirib və qeyd edib ki, artıq İran polisləri ilə Hizbullah qüvvələri Suriyadan çıxarılıb.

Əl-Şaara beynəlxalq ictimaiyyəti mülki əhalinin qorunmasında, məhbusların azad edilməsində və kimyəvi silahların qarşısının alınmasında uğursuz adlandırıb.

“Suriyada bu dəhşətli cinayətlər törədilərkən niyə susdunuz?” – deyə o, sual edib.

Prezident ABŞ rəhbəri Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməsini “sürətli, cəsarətli və tarixi addım” kimi qiymətləndirib.

O, həmçinin vurğulayıb ki, Suriya vahid, sabit və təhlükəsiz olmalıdır. Bu isə təkcə Suriyanın deyil, bütün dünyanın maraqlarına xidmət edir.

Aqil Qarayev

Избранный
113
news24.az

1Источники