RU

Braziliyada yaquar üzgüçülük rekordu vurub

Mərkəzi Braziliyada kamera tələləri 2020-ci ildə materikdə, 2024-cü ildə isə meşəlik adada yaquarı qeydə alıb. Adaya çatmaq üçün heyvan Serra da Mesa su anbarını keçməli olub.

QHT.az xəbər verir ki, alimlər iki mümkün marşrut müəyyən ediblər: biri 2,5 km birbaşa üzgüçülük, digəri isə 1,06 və 1,27 km-lik iki qısa keçiddən ibarətdir. Hər iki halda yaquar ən azı 1,27 km üzüb – bu isə növün əvvəlki rekordundan təxminən altı dəfə çoxdur. Mütəxəssislərin sözlərinə görə, şirlər kimi digər iri pişiklər də böyük çaylarda üzüb keçə bilir və təzyiq olduqda bu qabiliyyətdən istifadə edirlər.

Yaquarlar Cənubi Amerikanın ən böyük yırtıcı pişikləridir, lakin artıq ərazilərinin 50%-ni itiriblər. Onların sağ qalması üçün geniş məkan və genetik müxtəlifliyin qorunması həyati əhəmiyyət daşıyır.

 

R.İmanov

Избранный
23
qht.az

1Источники