RU

Polşa: Rusiya hökumətindən yalnız bir xahişim var

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyaya deyib ki, onun hava məkanını pozan təyyarəsi vurularsa, “ağlama”.

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) fövqəladə iclasında çıxış edib.

Sikorski qeyd edib ki, hava məkanı pozuntuları Rusiyanın illərdir Qərbə qarşı apardığı və getdikcə böyüyən “hibrid müharibəsi”nin son nümunəsidir. O, "Rusiya hökumətindən bircə xahişim var. Raket və ya təyyarə bizim hava məkanına qəsdən və ya təsadüfən icazəsiz daxil olarsa və vurularsa və təyyarənin qalıqları NATO ərazisinə düşərsə, lütfən, bura gəlib sızlamayın. Sizə xəbərdarlıq edilib" dedi.

Sikorski, Rusiya və Sovet İttifaqının iki dünya müharibəsinin və soyuq müharibənin başlamasında rol oynadığını vurğulayaraq dedi:

"Mən bunu Rusiya nümayəndələrinə demək istəyirəm. Biz bilirik ki, siz beynəlxalq hüquqa məhəl qoymursunuz və qonşularınızla sülh şəraitində yaşamaq iqtidarında deyilsiniz. Sizin çılğın millətçilik hissinizdə sonsuz hökmranlıq istəyi var. İmperiya dövrünün bitdiyini və imperiyanızın yenidən qurulmayacağını başa düşənə qədər bu, bitməyəcək".

Sikorski bəyan edib ki, BMT TŞ Estoniya, Rumıniya, Polşa və suverenliyi Rusiyanın sistematik təcavüzü ilə təhdid edilən bütün ölkələrlə həmrəy olmalıdır.

Bu arada Polşanın baş naziri Donald Tusk bu gün səhər keçirdiyi mətbuat konfransında ölkəsinin hava məkanını pozan və təhlükə yaradan hər hansı obyektə zərbə endirməkdən çəkinməyəcəyini bildirib.

Polşa sentyabrın 9-da Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanını pozduğunu elan etdi və NATO buna birgə cavab verdi. Daha sonra Rumıniyanın hava məkanında Rusiyaya məxsus PUA da aşkarlanıb. Nəhayət, sentyabrın 19-da Estoniyanın hava məkanının Rusiya təyyarələri tərəfindən pozulduğu, NATO-nun müdaxiləsi nəticəsində təyyarələrin dayandırıldığı bildirilib.

Избранный
47
kommersant.az

1Источники