RU

Britaniyadan Rusiyaya xəbərdarlıq: Birbaşa qarşıdurma ola bilər

London və NATO müttəfiqləri lazım gələrsə, Avropa hava məkanında Rusiya təyyarələrinə qarşı dayanacaqlar.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.

"NATO hava məkanında icazəsiz uçuş həyata keçirən təyyarələrə qarşı durmaq lazımdırsa, bunu edəcəyik", - Kuper deyib.

Britaniyanın xarici işlər naziri əlavə edib ki, Rusiyanın son hərəkətləri təhlükəli və ehtiyatsızlıqdır.

Onun sözlərinə görə, bu, suveren dövlətlərin ərazi bütövlüyünə və Avropanın təhlükəsizliyinə xələl gətirmək cəhdi ola bilər.

Kuper hesab edir ki, Kremlin Avropadakı təxribatları NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya qapı aça bilər.

Избранный
24
axar.az

1Источники