RU

Alimlər Ədən cənnətinin yerini müəyyən ediblər

Alimlər

Ədən bağı həqiqətən də mövcud olub və onun yeri Fars körfəzinin indiki dərinliyi ola bilər.

Reyting.az
xəbər verir ki, arxeoloqlar yeni araşdırmalarının nəticələrinə əsasən belə qənətə gəliblər.

Alimlər peyk təsvirləri və qədim mətnlər əsasında bağın dörd çayın - Fərat, Dəclə, hazırda qurumuş Vadi-əl-Batin və İranın Qarun çayının qovuşduğu ərazidə yerləşdiyini iddia edirlər.

Bəzi mütəxəssislər isə bu nəzəriyyəni son buzlaşma dövründən sonra baş verən çox böyük iqlim dəyişikliyi, həmçinin dəniz səviyyəsinin qalxması ilə əlaqələndiriblər. Lakin bir çox elm adamları və tənqidçilər qeyd edirlər ki, Bibliyadakı təsvirlərlə bu model əslində, üst-üstə düşmür. Alimlər bildirirlər ki, ümumiyyətlə, onlar Ədən bağının simvolik məna daşıdığına inanırlar.

Bundan daha əvvəl bu əfsanələşmiş tarixi araşdıran tədqiqatçı Deyvid Rol da belə bir məkanın mövcud olduğunu yazmışdı. Alim hətta öz əsərində çox böyük iddia ilə qeyd etmişdi ki, Ədən adlanan cənnət bağı Səhənd vulkanik dağının şimalında, geniş bir düzənlikdə, Təbriz yaxınlığında yerləşir.

Onu da xatırladaq ki, tək Bibliyada yox, Quranda da bu məkandan söz açılır və müqəddəs kitabda cənnət kimi edilən ərazi “Ədn bağı” adı ilə keçir.



Oqtay QORÇU
Избранный
25
2
reyting.az

3Источники