RU

Lula da Silva Trampı tutduğu vəzifəyə uyğun hərəkət etməyə çağırıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva prezident Donald Trampı dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş və iqtisadi cəhətdən inkişaf etmiş dövlətinin prezidenti kimi tutduğu mövqeyə uyğun hərəkət etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Braziliya lideri "PBS News"a müsahibəsində deyib.

"ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi, aparıcı iqtisadi gücün, ən böyük ordunun və texnoloji cəhətdən ən inkişaf etmiş ölkənin dövlət xadimi kimi çıxış etməlidir", - deyə o qeyd edib.

Braziliya prezidenti əlavə edib ki, Amerika administrasiyası da xarici siyasətdə daha məsuliyyətli davranmalı və digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməlidir. “Mən narahatam ki, Birləşmiş Ştatlar çoxdan dünyaya onun qlobal demokratiyanın təcəssümü olduğunu bəyan edib. Bu ölkə böyük və qüdrətlidir, eyni zamanda daha böyük məsuliyyət daşımalıdır”, - deyə dövlət başçısı bildirib.

Bundan əvvəl Braziliya prezidenti Trampın özünü “dünyanın imperatoru” hesab etməkdən əl çəkməli və digər ölkələrlə sivil şəkildə dialoqa getməli olduğu fikrini bildirmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники