RU

Robert De Niro kurort açacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tanınmış aktyor Robert De Niro Karib adalarından birində kurort açacaq.
Oxu.Az "DailyAfisha"ya istinadən xəbər verir ki, kurort "Beach Club Barbuda" çimərliyi sahilində yerləşəcək.
Kurortda 36 otaqlı "Nobu Beach Inn" hoteli, şəxsi villalar və suüstü evlər olacaq. Obyektin 2026-cı ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunub ki, De Niro ətraf mühitə və əraziyə vizual təsiri minimuma endirməyə çalışır. Onun komandası adanın mənzərəsini qorumaq üçün təbii materiallardan və yerli bitkilərdən istifadə edir.
Избранный
33
1
oxu.az

3Источники