Fransa Fələstinin müstəqilliyini tanıyıb.
Xezerxeber.az-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının kürsüsündən Fələstin Dövlətini rəsmən tanıdığını açıqlayıb.
“Artıq sülh vaxtıdır. Biz iki dövlətli həll variantının saxlanması, İsrail və Fələstinin yan-yana sülh və təhlükəsizlik şəraitində yaşamasının mümkün olması üçün əlimizdən gələni etməliyik”,- deyə Fransa Prezidenti bildirib.