RU

1 trilyon dollarlıq aktivləri idarə edən «Brookfield Asset Management»in rəhbəri ilə görüş

Sentyabrın 22-də Nyu-Yorka səfərə gələn prezident İlham Əliyev işgüzar görüşlərə başlayıb.

FED.az xəbər verir ki, dövlət başçısı dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan «Brookfield Asset Management» şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

Xatırladaq ki, «Brookfield Asset Management» Azərbaycan Dövlət Neft Fondunun əməkdaşlıq etdiyi iri broker şirkətlərdən biridir.  Şirkətin direktoru Brüs Flətt Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini qeyd edib. 

Görüş zamanı Brüs Flətt bir neçə həftə əvvəl Vaşinqtonda Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması ilə bağlı əldə edilmiş razılaşmanı xatırladıb və bildirib ki, bu razılaşma bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaradıb. 

Prezident İlham Əliyev Azərbaycanla “Brookfield Asset Management” şirkətinin əməkdaşlığından razılığını bildirib. Görüşdə Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkənin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.

Избранный
43
38
fed.az

10Источники