RU

Tailand Azərbaycandan neft alışını - 2,7 DƏFƏ AZALDIB

Azərbaycandan bu ilin yanvar-avqust aylarında Tailanda 137 min 786 ton neft ixrac edilib.

Məlumata görə, Tailanda ixrac edilmiş neftin dəyəri isə 75,9 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 239,1 min ton (2,7 dəfə), dəyərində isə 158,3 milyon dollar (3,1 dəfə) azalma baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Tailanda 234,2 milyon dollar dəyərində 376 min 876 ton neft ixrac etmişdi.

Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Tailanda ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 937 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 120 manat (11,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1057 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Tailand 2025-ci ildə 12-ci, 2024-cü ildə isə 10-cu yerdə olub.

Избранный
35
fed.az

1Источники