RU

Bu ölkədə çobanlar patrul maşınlarına hücum etdi - 11 ölü

Nigeriyanın cənub-şərqində yerləşən Benue vilayətinin Ago qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı çobanların və yerli silahlı dəstələrin hücumun təşkilində əli olduğu ehtimal edilir.

Silahlılar patrula məxsus iki nəqliyyat vasitəsini yandırıblar.

Qeyd edək ki, Nigeriyanın bu vilayəti vaxtaşırı silahlıların hücumlarına məruz qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər evlərindən didərgin düşüb.

Избранный
17
5
redaktor.az

6Источники