Ajans.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.