RU

İran və Rusiya yeni saziş imzalayacaqlar

Müəllif:Mehin Qasımova,Banco.az

İran və Rusiya yeni nüvə enerji bloklarının tikintisi ilə bağlı saziş imzalayacaqlar

Banco.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri və vitse-prezidenti Məhəmməd Eslamin deyib.

"İran İslam Respublikası və Rusiya Federasiyası yaxın günlərdə yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalayacaqlar. İki ölkə arasında hökumətlərarası sazişdə Rusiya səkkiz nüvə enerji bloku tikəcək, onlardan dördü Buşəhrdə olacaq", - o deyib.

Eslaminin sözlərinə görə, ikitərəfli sazişin ikinci hissəsinin həyata keçirilməsi üçün lazımi işlər artıq başa çatıb. Konkret olaraq, yeni enerji bloklarının tikintisi üçün yer seçilib, hazırlanıb və bütün lazımi avadanlıqlarla təchiz edilib. 

İranın cənubundakı Buşəhr şəhəri yaxınlığında AES-in tikintisinə 1975-ci ildə Qərbi Almaniya konserninin təşəbbüsü ilə başlansa da, 1979-cu ildə İslam İnqilabının başlanmasından sonra dayandırılıb. 1992-ci ildə Rusiya və İran tikintinin davam etdirilməsi haqqında müqavilə imzaladılar. 2011-ci ilin sentyabrında birinci enerji bloku şəbəkəyə qoşulub və onun İrana ötürülməsi 2013-cü ilin sentyabrında baş tutub. 2014-cü ilin noyabrında hər birində VVER-1000 reaktoru olan ikinci və üçüncü enerji bloklarının tikintisinə dair müqavilə imzalanıb. İkinci blokun tikintisinə 2016-cı ilin sentyabrında, üçüncü blokun isə 2019-cu ilin noyabrında başlanılıb. Onların müvafiq olaraq 2025 və 2027-ci illərdə istismara verilməsi planlaşdırılır.

Избранный
35
banco.az

1Источники