RU

Ərdoğanın mikrofonu qapadıldı, yoxsa...? BMT tribunasında yaşanan olaya rəsmi reaksiya + VİDEO

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə prezidenti Ərdoğan BMT Baş Assambleyasında Fələstin sammitində çıxış edərkən qəfildən səs kəsilməsindən sonra bəzi iddialar yayılmağa başlayıb. İddialara görə, Ərdoğanın çıxışı zamanı mikrofon qəsdən söndürülüb. Hətta bunun Prezident Ərdoğan kürsüdə İsrailin Qəzzada törətdiyi hadisələri sərt tənqid etməsi üzündən baş verdiyini deyənlər də var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mikrofonun səsi kəsilsə də, Ərdoğan çıxışının son 1 dəqiqə 40 saniyəsini elə bu vəziyyətdə davam etdirib.

Baş verənlərə Türkiyə Cumhurbaşqanlığı aydınlıq gətirib.

Məlumatda deyilir ki, Ərdoğanın çıxışı zamanı mikrofon qəsdən söndürülməyib: "Bu, hər kəs üçün ayrılmış 5 dəqiqəlik limitlə bağlı olub. Limiti aşarkən mikrofonlar avtomatik sönür"

Açıqlama və çıxışın videogörüntüsünü aşağıda təqdim edirik:

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
mia.az

1Источники