"Ukraynadakı müharibə tezliklə bitməyəcək. Bu yaxşı xəbər deyil".
Modern.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fox News"a müsahibəsində bildirib.
"Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram", - o deyib.
Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.
"Ümid edirik ki, bu dəstək davam edəcək", - prezident qeyd edib.