RU

Bakı Türk Anadolu Liseyi yeni binaya köçüb

Sentyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Türkiyənin milli təhsil naziri Yusuf Tekin təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib.

XQ

Избранный
10
8
xalqqazeti.az

10Источники