RU

Almaniya müdafiə büdcəsinin yalnız 8%-ni ABŞ silahlarına xərcləməyi planlaşdırır - ÖZƏL

Almaniya yeni hərbi xərclər planına əsasən müdafiə büdcəsinin yalnız 8%-ni ABŞ istehsalı silah və avadanlıqlarına xərcləməyi nəzərdə tutur, qalan hissəsi isə Avropa istehsalçılarına yönəldiləcək. Olaylar.az xəbər verir ki,  bu barədə Avropa nəşri Politico planlaşdırılan satınalmalara istinadən məlumat verib. Sənədə əsasən, Berlin 2026-cı ildə təxminən 83 milyard avro dəyərində müqavilələr bağlamağı planlaşdırır. Siyahıda 154 müqavilə yer alıb ki, bunlar 2025-ci ilin sentyabrından 2026-cı ilin dekabrına qədər həyata keçiriləcək. ABŞ şirkətləri ilə bağlanacaq müqavilələrin ümumi dəyəri təxminən 6,8 milyard avro təşkil edir ki, bu da ümumi məbləğin təxminən 8%-ni təşkil edir. Almaniya ABŞ-dan Patriot zenit raket kompleksi üçün raketlər, Boeing P-8A təyyarəsi üçün raketlər, həmçinin AMRAAM və ESSM raketləri və radioelektron avadanlıq almağı planlaşdırır. Avropa istehsalçıları arasında isə Rheinmetall, KNDS, TKMS və Eurofighter Tranche 5 qırıcıları üçün müqavilələr nəzərdə tutulub. ABŞ hökumətinin məlumatına görə, 2023-cü ildə Berlin Vaşinqtonla rekord səviyyədə, 13,9 milyard dollar dəyərində müqavilələr bağlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники