RU

ABŞ və Qazaxıstan 4 milyard dollarlıq lokomotiv müqaviləsi haqqında razılığa gəliblər

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və Qazaxıstan ümumi dəyəri 4 milyard dollar olan lokomotivlərin tədarükü ilə bağlı razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik X-də bildirib.

O izah edib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 22-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı keçirib və bu zaman tərəflər “tarixdəki ən böyük lokomotiv sazişi” barədə razılığa gəliblər. Latnikin açıqlamasına görə, sövdələşmənin dəyəri 4 milyard dollardır.

ABŞ-ın ticarət nazirinin sözlərinə görə, Amerika texnologiyasına əsaslanan lokomotivlər Avropa və Asiyada nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcək. O, müqavilənin detallarını açıqlamayıb

Избранный
31
banco.az

1Источники