RU

Həkim səhlənkarlığı qadını əlil QOYDU

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çelyabinskdə baş vermiş tibbi səhlənkarlıq ağır nəticələrə gətirib çıxarıb.

Redaktor.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə idarəsinin məlumatına görə, əməliyyat zamanı həkimlərin ehtiyatsızlığı səbəbindən 61 yaşlı qadının beyninə zərər dəyib.

Hadisə bu ilin mart ayında Çelyabinsk vilayətinin 3 saylı klinik xəstəxanasında qeydə alınıb. Məlumata görə, tibbi heyət peşə borcunu lazımi qaydada yerinə yetirməyib və bunun nəticəsində xəstə ağır vəziyyətə düşüb. Qadın sağ qalsa da, beyin zədələnməsi nəticəsində vegetativ vəziyyətə girib və əlilliyə məruz qalıb.

Faktla bağlı “sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi başlanıb. İstintaqçılar məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəklər.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
redaktor.az

2Источники