Yenisabah saytına istinadən ain.az xəbər verir.
Bakı Şəhəri Nizami rayonu Elşən Süleymanov 92 ünvanında yerləşən 220 saylı məktəb-liseydə baş verən özbaşınalıq halları ilə bağlı məlumat vermişdik.
Yenisabah.az məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışdı.
Sorğumuza cavab olaraq bildirilib ki, baş verən hallarla bağlı müvafiq tədbirlər görüləcək. Marqarita pizza
BŞTİ-nin məlumatı:
"Paytaxtdakı 220 məktəb-liseydə vəsait toplanması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.