RU

Azərbaycanda girov götürmə və gömrük postunu ələ keçirməyi planlaşdıran ekstremist qruplaşma üzvlərinin məhkəməsi başlayıb

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma yaratmaqda, dövlətə xəyanət etməkdə təqsirləndirilən Fəxrəddin Şahmurov və Calal Muradovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub

Daha sonra Calal Muradovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.

Fəxrəddin Şahmurovun vəkili isə işin ibtidai istintaqı aparan orqana qaytarılmasını xahiş edib. O, buna əsas olaraq ibtidai istintaq dövründə müdafiə etdiyi şəxsin ləzgi dilindən tərcüməçi ilə təmin olunmamasını göstərib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin sübutlar siyahısında olan "Dağıstan" adlı şeiri Azərbaycan dilində səlist yaza biləcək qədər dili bildiyini və prosesdə danışılanları anladığını əsas gətirərək vəsatətin təmin edilməməsini təklif edib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası oktyabrın 6-na təyin edilib.

Избранный
47
aznews.az

1Источники