RU

“Bunun baş verəcəyinə inanmıram...” Ərdoğanın Ukrayna ilə bağlı proqnozu

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə bitəcəyinə inanmır.

“AzPolitika” xəbər verir ki, Türkiyə Prezidenti bunu “Fox News” telekanalına müsahibəsində deyib.

Jurnalist müharibənin tezliklə bitəcəyini düşünüb-düşünmədiyini soruşduqda Ərdoğan “Bunun baş verəcəyinə inanmıram”, - deyə cavab verib.

Xatırladaq ki, bu ilin əvvəlində Ərdoğan bəyan etmişdi ki, Türkiyə 2025-ci ildə Ukraynada sülh əldə edilməsinə ümid edir.

Türkiyə lideri müsahibəsində həmçinin bildirib ki, o, regional münaqişələrin, xüsusən də Ukrayna və Qəzza məsələlərinin həlli ilə bağlı Donald Trampla fəal əlaqə saxlayır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
azpolitika.info

1Источники