RU

Tramp onları terrorçu elan etdi

ABŞ Prezidenti Donald Tramp “Antifa” hərəkatını daxili terror təşkilatı kimi tanıyan fərman imzalayıb.

News365.az xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc olunub.

Rəsmi açıqlamaya görə, “Antifa” bu siyahıya “qanuni siyasi fəaliyyətin qarşısını almaq və qanunun aliliyini sarsıtmaq məqsədi daşıyan siyasi zorakılıq modeli” səbəbilə salınıb.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, sağçı fəal Çarli Kirkin qətlə yetirilməsində istifadə olunmuş silahın güllələrində “Antifa” hərəkatının şüarları aşkarlanıb. Bu hadisə hökumətin qərarını sürətləndirən əsas amillərdən biri hesab olunur.

Macarıstanın Baş naziri Viktor Orban da “Antifa”ya eyni status verəcəyini açıqlayıb.

Qeyd edək ki, “Antifa”nın mərkəzləşdirilmiş strukturu yoxdur. Bu anlayış əsasən müxtəlif ölkələrdə fəaliyyət göstərən bütün antifaşist qruplarına şamil edilir.

Избранный
3
4
news365.az

5Источники