RU

Konsert üçün getdikləri Meksikada itkin düşən müğənnilərin MEYİTLƏRİ TAPILDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Meksikaya konsert üçün qastrol səfərində olan kolumbiyalı müğənnilər Bayron Sançes (səhnə adı "B-King") və Xorxe Luis Herreranın (Dj Regio Clown) meyitləri tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, sentyabrın 16-dan bəri itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr məsafədə yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.
Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı istintaqa başladığını açıqlayıb. Yerli mətbuat isə sənətçilərin qətlində narkokartellərin əlaqəsi ola biləcəyini yazıb.
Kolumbiya Prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik qaçaqmalçılarını günahlandırıb.
Qeyd edək ki, Sançes və Herrera sonuncu dəfə Mexikonun Polanko məhəlləsində idman zalından çıxarkən görünüblər. Onların tapılması üçün Kolumbiya prezidenti meksikalı həmkarına müraciət etmişdi. Meksika Prezidenti Klaudiya Şeynbaum da gənc musiqiçilərin tezliklə tapılması üçün göstəriş vermişdi.
Избранный
16
1
oxu.az

2Источники