Misir fironu Amenemopetə (e.ə. 993–984) məxsus qızıl bilərzik Qahirə Muzeyindən oğurlanıb.
Kulis.az xəbər verir ki, bu barədə "NBC News" nəşriyyatı məlumat yayıb. Misir hüquq - mühafizə orqanlarından bildirilib ki, oğurluqda muzeydə işləyən bərpaçı əməkdaş şübhəli bilinir.
O, qədim bilərziyi əvvəlcə tanış bir gümüş tacirinə təklif edib. Tacir isə onu 3735 dollara zərgərə satıb. Daha sonra bilərzik 4025 dollara bir qızıləritmə zavodu əməkdaşına ötürülüb. Təəssüf ki, o, bu nadir tarixi əşyanı əridərək məhv edib.
Qeyd edək ki, bilərzik “Fironların xəzinəsi” adlı sərgi üçün İtaliyaya göndərilməsi planlaşdırılan artefaktlar arasında olub.