RU

Tramp ABŞ-dəki radikal solçu “Antifa”nı rəsmi terror təşkilatı elan edib

ABŞ prezidenti Donald Tramp solçu Antifa qrupunu “yerli terror təşkilatı” kimi tanıyan fərman imzalayıb.

Ölkə.az xəbər verir ki, Ağ Ev Trampın imzaladığı fərmanla bağlı ictimaiyyətə açıqlama yayıb.

Sənəddə “Antifa” Birləşmiş Ştatlar hökumətini, hüquq-mühafizə orqanlarını və hüquq sistemimizi devirməyə açıq çağırış edən militarist, anarxist qurum kimi qeyd edilib.

İcra sərəncamında “Antifa” zor işlətmə və hədə-qorxu yolu ilə siyasi məqsədlərinə çatmaq üçün hazırlanmış mütəşəkkil yerli terror təşkilatı kimi qeyd edilib.

Qeyd edək ki, keçən həftə respublikaçı və ifrat sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Ev solçu qrupları hədəfə almağı gücləndirəcəyini açıqlayıb.

Ağ Ev “Antifa”nı son səkkiz ildə 11 zorakılıq aktının arxasında durmaqda günahlandıran bəyanat yayıb.

Mürtəza

Избранный
8
1
olke.az

2Источники