RU

“Lənətə gəlmiş reys”: Sərnişin təyyarəsində FACİƏLİ HADİSƏ

Sentyabrın 23-nə keçən gecə Ufa hava limanında Ufa–İrkutsk istiqamətində uçmalı olan təyyarədə fövqəladə hadisə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 47 yaşlı sərnişin təyyarəyə minərkən vəziyyəti qəfil pisləşib.

Hadisə yerinə çağırılan tibb işçilərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş verən bu faciə digər sərnişinlərə də təsirsiz ötüşməyib: onlardan biri epilepsiya tutması keçirib, digəri isə güclü stress səbəbindən uçuşdan imtina edib.

Bütün bunlara baxmayaraq, təyyarə planlaşdırıldığı kimi havaya qalxıb və hazırda Baykal gölü üzərindədir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
24
interpress.az

1Источники