RU

Tramp Tokayevi təbrik etdi: Tarixin ən böyük razılaşmasını imzaladıq

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi ikitərəfli ticarət anlaşmasına görə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Amerika lokomotivlərinin və dəmir yolu avadanlıqlarının alınması üzrə tarixdə ən böyük sövdələşmə imzalanıb, dəyəri 4 milyard dollardır. Biz illərdir psevdoekoloqların hücumuna məruz qalan Amerika dəmir yolu sənayemizi dəstəkləməliyik.

Prezident Tokayevi gözəl ticarətə görə təbrik edirəm”, - Tramp bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorka işgüzar səfəri zamanı Prezident Donald Trampla görüşüb. Söhbət zamanı Qazaxıstan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Избранный
38
2
sherg.az

3Источники