Madrid “Real”ının və “Liverpul”un keçmiş baş məşqçisi Rafael Benites, məşqçi karyerasını bərpa etmək istəyini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Əlbəttə, məşqçi karyeramı bərpa etmək və ələlxüsus İngiltərədə və Avropada çalışmaq istəyirəm”, deyə Benites vurğulayıb.
Xatırladaq ki, 65 yaşlı mütəxəssisin sonuncu iş yeri 2024-cü ilin mart ayında ayrıldığı “Selta” olub. Benites “Selta”nı 2023-cü ilin iyun ayında qəbul etmişdi. “Rafa” “Selta”nı 33 oyuna çıxarıb, 9 qələbə və 9 heç-heçə, həmçinin 15 məğlubiyyət yaşayıb. Topların fərqi isə 44:49 nisbətində olub.
Rafael Benites daha əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian” və “Everton”da da baş məşqçilik edib.