RU

Dembele 30 illik seriyanı qırdı, Yamal tarixə düşdü

Parisdə keçirilən "Qızıl top" mərasimi bir sıra maraqlı məqamlarla əlamətdar olub.

Publika.az xəbər verir ki, PSJ və Fransa millisinin futbolçusu Usman Dembele mükafatın sahib olmaqla 30 illik seriyaya son qoyub.

28 yaşlı vinger üçün bu, ilin ən yaxşı futbolçusu adına ilk namizədlik olub və o, dərhal mükafata sahib çıxaraq tarixi nəticə göstərib. "Stats Foot"un məlumatına görə, son 30 ildə "Qızıl top" ilk dəfə mükafata namizəd olan oyunçuya qismət olub.

Sonuncu belə hal 1995-ci ildə baş verib. Həmin vaxt Liberiya millisinin sabiq hücumçusu Corc Vea qalib gəlib.

Избранный
3
publika.az

1Источники