RU

Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır.

Publika.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı danışıb.

O qeyd edib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib.

Komitə sədri vurğulayıb ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir.

Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb.

Избранный
9
9
publika.az

10Источники