RU

Mədəniyyət Nazirliyi 100 min manata xalça aldı

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu “On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.
Tribunainfo.az İqtisadiyyat.az-a istinadla əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.
Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, “On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.
Избранный
9
11
tribunainfo.az

10Источники