RU

Şuşaya girən ilk erməni tankının komandiri öldü

Şuşanın işğalı zamanı şəhərə ilk daxil olan erməni tankının komandiri, polkovnik Qaqik Avşaryan ölüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Polkovnik Qaqik Avşaryan 1-ci dərəcəli “Döyüş Xaç ordeni” sahibi idi.

Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilmişdi. O zaman tankın ekipaj üzvlərindən iksi - Aşot Avanesyan və Şahen Sarkisyan ölmüş, polkovnik Qaqik Avşaryan isə sağ qalmışdı.

Sonradan ermənilər Şuşanı işğal edəndə həmin tankı "simvol" olaraq şəhərin girişində yerləşdirmişdilər. Vurulmuş tank uzun illər – işğal dövründə Şuşanın girişində qaldı

2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Qaqik Avşaryanın tankı həmin yerdən götürüldü.

Избранный
4
1
modern.az

2Источники