İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq.
İnterpress.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib. Nazir deyib ki, İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq.
“İKFN adlanan sənəddə (İsveç ərazisinin pozulması halında hərbçilərin hərəkətləri haqqında reqlament) hökumət Silahlı Qüvvələrə təyyarələri pozan təyyarələrlə necə davranmaq barədə göstərişlər verib. Buraya, zərurət yaranarsa, xəbərdarlıqla və ya xəbərdarlıq etmədən silahdan istifadə etmək hüququ da daxildir”, – o bildirib.
Xuraman Etibarlı
İnterpress.az