RU

Nazirliyin 100 minə aldığı xalça NƏDİR?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

Alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

 Azərbaycanın tanınmış xalçaçı-rəssamı, dini-mənəviyyat mövzularda işlədiyi xalçları ilə məşhur olan Eldar Mikayılzadənin  xalçası orijinallığı ilə seçilir.  

“Cebheinfo.az”-ın araşdırması göstərir ki, 2 x 1,74 metr ölçüdə olan xalça əslində "On dörd məsumun təvafı" adlanır. Təmiz yun və ipək materialından toxunub. Əsərin hazırlanmasına 2 il vaxt sərf edilib. Xalçanın dörd kənarında Qurani-Kərimdə Əhli-Beytə aid edilən ayələr toxunub. Həmçinin dörd mələyin öz vəzifələrinin icrasının təsviri verilib. 

1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

100 min xalça Eldar Mikayılzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
cebheinfo.az

1Источники